YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Bu sosial islahat paketi öz əhatəliliyi ilə seçilir

Azərbaycan hökuməti tərəfindən həyata keçirilən siyasətə nəzər salsaq ardıcıl şəkildə son ildə dövlətimizin başçısının xüsusi diqqətinin məhz əhalinin sosial rifahına yönəldiyini görə bilərik. Prezidentin təşəbbüskarı olduğu və onun imzası ilə həyata keçirilən müxtəlif sosial paketlərə nəzər salsaq onların hər biri əhalimizin ən həssas kəsimindən olan insanları əhatə edir. Bu son beş ildə sayca dördüncü sosial islahat paketidir.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bütün sosial islahat paketləri əməkhaqqı, minimum əməkhaqqı, dövlət sektorunda çalışan insanların əməkhaqqı seqmentlərini, pensiya seqmentini, müavinət, təqaüd, ünvanlı yardım və geniş bir spektri əhatə edir. Bu sosial islahat paketi öz əhatəliliyi ilə seçilir. Ölkə başçısının yanvarın 5-də və bu gün imzaladığı Fərman və Sərəncamlar 1 milyon 900 min vətəndaşımızı əhatə edəcək.