YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidentinin TANAP-la bağlı Qarsda aparılan tikinti işləri ilə tanış olması nəzərdə tutulub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Trans-Anadolu qaz boru kəməri – TANAP ilə bağlı Qars vilayətində aparılan tikinti işləri ilə tanış olması nəzərdə tutulub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 2-də Qars vilayətinə səfər edəcək. Səfər çərçivəsində Türkiyə Prezidentinin TANAP ilə bağlı vilayətdə aparılan tikinti işləri ilə tanış olacaq.

Martın 17-də Qars vilayətinin Selim rayonunda TANAP-ın təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak etmişdi.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin mərhələdə kəmərlə ildə 16 milyard kubmetr qaz nəql olunacaq.