YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətəndaşların fiziki və mənəvi sağlamlığı diqqət mərkəzindədir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

2022-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı təmin edilərək il ərzində qarşıya qoyulmuş hədəflərə nail olundu. Bu sahələrdən biri də idmandır. Ölkə başçısı yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə ölkə idmanının nailiyyətlərini yüksək qiymətləndirdi. Əlbətdə ki, idman sahəsində əldə olunmuş uğurlar dövlətin idmana və idmançıları göstərdiyi qayğının nəticəsidir.

Azərbaycan bir çox sahələrdə dünya ölkələrinə nümunə olduğu kimi idman sahəsində yüksək şöhrətə malik ölkədir. İdmanın inkişafı dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edir. İdmanın sağlam cəmiyyətin formalaşmasında müstəsna rolunu anlayan ölkələr vətəndaşlar arasında bu sahənin inkişafını xüsusi diqqətdə saxlayır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən idman siyasətinin məqsədi məhz sağlam fiziki-mənəvi ruhda vətəndaşların formalaşmasıdır. Çünki, fiziki cəhətdən güclü olan insan mənəvi cəhətdən sağlam olur.

Ötən illər ərzində Azərbaycanda idmana qayğı çərçivəsində 50-yə  yaxın Olimpiya İdman Kompleksləri yaradılmış və bu proses hal-hazırda da davam etdirilir. Regionlarda idman infrastrukturunun yüksək səviyyədə diqqətdə saxlanması gənc nəslin idmana olan marağını xeyli artırır. Gənc nəslin təlim-tərbiyə olunmasında idmanın rolu əvəzsizdir. İdmana marağı olan gənclər ölkəmizdə idman sahəsində yaradılmış şəraitdən istifadə edərək təşkil olunan müxtəlif yarışlarda iştirak edir. Baxmayaraq ki, nəsillər dəyişir, idman sahəsindəki uğurlarımız artmağa davam edir. Ona görə ki, vaxtilə idman sahəsində mühüm nailiyyətlərə imza ataraq bayrağımızı zirvələrə qaldırmış idmançılarımız artıq gələcək nəslin davamçıları ilə əvəzlənir. Hazır ki gənc nəslin əvvəlki nəsillərdən əsas fərqi isə odur ki, ölkəmizdə gənc idmançıların hazırlanması sistemli şəkildə həyata keçirilir.

Vətəndaşlar arasında idmanın təbliğinin dövlətin əsas prioriteti olduğunu qeyd edən cənab Prezident Bakı şəhərində parklarda qurulan idman avadanlıqlarının regionlarda da tətbiq olunmasının vacibliyini vurğuladı.

Azad edilmiş ərazilərdə də idman infrastukturunun müasir standartlara cavab verməsi həyata keçirilən quruculuq işlərinin əsas istiqamətlərindən biridir. Artıq ötən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin tikintisinə başlanılıb, Ağdamda “İmarət” stadionunun layihəsi hazırlanıb və bu işlər intensiv şəkildə davam etdirilir.

2023-cü ilin Azərbaycan idmanı üçün vacib il olacağını bildirən Prezident İlham Əliyev idman ictimaiyyətini Yay Olimpiya Oyunlarında və digər keçiriləcək beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmək üçün diqqəti bu istiqamətə yönəltməyə çağırdı. Güclü idman dövləti olan Azərbaycanın bu yarışlarda da yeni qələbələr qazanması heç bir şübhə doğurmur. Əminik ki, zəhmətkeş idmançılarımız bayrağımızı göyə qaldıraraq zəfər tarixli xalqımıza qürurlu anlar yaşadacaq.