YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdman sahəsində böyük nailiyyətlər əldə olunub

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri  

Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında çox mühüm məsələlərə toxunub. Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub. Bu mənada bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra edilib. Eyni zamanda Azərbaycanın dinamik inkişafı təmin olunub.

İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. Ölkəmizi təmsil edən idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb. Onlardan 300-ə yaxını qızıl medaldır. Sözsüz ki, hazırda dünyada idman sahəsində rəqabət artır. Artıq yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələr göstərmək, idman sahəsində öz gücünü təsdiqləmək asan olmur. Amma bütün bunların fonunda dünya, Avropa çempionatlarında Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edib. Təbii ki, beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci yerə yüksəlmişdi. Bu, tarixi qələbə idi. Türkiyənin Konya şəhərində 56 ölkə arasında keçirilən yarışlarda da ölkə idmançıları 99 medalla 4-cü yerə layiq görüldü”.

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişsə də idman sahəsində uğurlarımız sabit qalır. Çünki nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Sözsüz ki, Azərbaycanda yetişən gənc idmançılar hər zaman olduğu kimi bundan sonra da ölkəmizin idman şöhrətini yüksəklərdə saxlayacaqlar. Bu zərurətdən də gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Bu sahədə artqı daha məqsədyönlü fəaliyyət mövcuddur. Xüsusilə seleksiya işləri gedir. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq. Məhz bu məqsədlərə xidmət edərək son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilib. Bu siyasət həm idman uğurlarını şərtləndirir, eyni zamanda, gənclər, yeniyetmələr, uşaq yaşlarından idmana cəlb edilir ki, bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Təbii ki, idman həm fiziki gücdür. Fiziki cəhətdən güclü insan mənəvi cəhətdən də sağlam olur. Ona görə də, idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnəkdir. Eyni zamanda idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparır və idman arenalarında qazanılmış uğurları adi həyatda təsdiqləyirlər.

Ölkəmizdə idmana, idmançılara diqqət hər zaman yükəsk səviyyədədir. Bu diqqət və qayğı olan yerdə isə nəticələr də mütləq olacaq. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmlidir. Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Azərbaycanın bölgələrində 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib gənclərin, idmançıların istifadəsinə verilib. Bu proses indi də davam etdirilir. Bununla yanaşı Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunur ki, bu da idmana sağlam həyat tərzinə olan marağaın daha da artmasına yol açır. Ona görə də, 2023-cü il ölkəmiz üçün bir çox parametrlər üzrə həlledici il olacaq. Bu il ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək. Əvvəllər ölkəmizdə Olimpiya Oyunlarının təsnifat turnirləri keçirilib. Gələcəkdə də bu cür yarışların ölkəmizdə keçirilməsi istisna deyil. Artıq Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsidir. Azərbaycanın idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətlərinin əsas istiqaməti məhz buna yönəlib. Çünki Azərbaycan idamn ölkəsi kimi Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləməlidir.

İdmanın kütləviliyinə nail olmaq üçün bölgələrdə təbliğatin daha geniş vüsət almasına ehtiyac var. Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bu təcrübənin ölkəmizin regionlarında da tətbiqi mümkündür. Artıq azad edilmiş ərazilərdə də ötən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Bunun sözsüz ki, çox böyük tarixi əhəmiyyəti var. Çünki indi azad edilmiş ərazilərdə böyük bir canlanma var, həyat, insanlar o bölgələrimizə qayıdır. Bu mənada azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün azad edilmiş şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq. Burada idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bu sırada Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Eyni zamanda keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Çünki Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdı. Ancaq Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılması ilə bağlı zəruri işlər görülür. Atılan bu addımlar Azərbaycanın dünyada güclü idman dövləti kimi təsdiqləməsini və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyinin ildən-ilə möhkəmlənməsi ilə xarakterizə olunur. Bu siyasət ardıcıl şəkildə aparılır. Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, təhlükəsizlik və bunun fonunda həyata keçirilən genişmiqyaslı quruculuq işləri məhz qarşıya qoyulan hədəflərə hesablanıb. Sözsüz ki, Tarixi Zəfər hər bir azərbaycanlı, vətəndaş, dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Məhz II Qarabağ müharibəsində iştirak edənlərin də mütləq əksəriyyətinin gənclər olması onların vətənpərvərlik hissələrinin yüksək səviyyədə olduğunun bariz nümunəsi idi.

DİGƏR Xəbərlər Arxiv