YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mayda Ceyhan limanından 1,35 milyon tondan artıq xam neft ixrac edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu ilin mayında Novorossiysk limanından 169 min 559 ton, Supsa limanından 169 min 425 ton, Ceyhan limanından isə 1 milyon 352 min 966 ton xam neft ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə yanvar-may aylarında Novorossiysk limanından 678 min 46 ton, Supsa limanından 1 milyon 185 min 880 ton, Ceyhan limanından isə 7 milyon 278 min 248 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.