YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və Milli Məclisin deputatı Aqil Məmmədov gənclərlə görüş keçirib.

Görüşdə Vətən müharibəsi qaziləri, veteranlar, fəal gənclər iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və digər natiqlər bildiriblər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz hərtərəfli inkişaf edir, bütün sahələrdə uğurlara imza atır. Bu gün xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı ilə qazanılmış şanlı Zəfərin qürurunu yaşayır. Çıxışlarda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının əhəmiyyətindən də bəhs olunub, gənclərin fikir və təklifləri dinlənilib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gənc diplomla təltif olunub.