YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tərəqqi dövrünü yaşamaqdadır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib. Dövlət başçısı İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zaman bildirdi ki, sevindirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.

Dövlət başçısının bu sahəyə ayırdığı yüksək diqqət idmançılarımız üçün çox böyük stimuldur. İdman yeganə vasitədir ki, ölkəni, onun rəmzlərini bütün dünyada təmsil edir. Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu da həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına evsahibliyi edir. Ölkə başçısının bu sahədə apardığı siyasət ölkəmizdə idmanın hərtərəfli inkişafına səbəb olub. İdmanın inkişafı ilə bağlı bütün məsələləri diqqətində saxlamağı, idmançılara qayğısı, onların problemləri ilə daima maraqlanması idmanın inkişafına yüksək töhfələr verib. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır.

2022-ci il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün çox uğurlu bir il oldu. İstər işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, istərsə də əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən genişmiqyaslı işlər hazırda da davam etməkdədir.İdmanın inkişafı ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müvəffəqiyyətlə həyata keçirilir. Bu siyasət daim öz bəhrəsini verir, idmançılarımız ən mötəbər yarışlarda uğurlu çıxışları ilə vətənin adını ucaldır, bayrağımızı yüksəklərə qaldırırlar. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi – Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Şübhə yoxdur ki, dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində idmançılarımız yeni-yeni möhtəşəm qələbələrə imza atacaqlar.