YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polşa Baş nazirinin müavini Yanuş Pexoçinski Bakıya işgüzar səfərə gəlir

Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa hökumətlərarası komissiyasının həmsədri Yanuş Pexoçinski Bakıya işgüzar səfərə gəlir.

Polşanın İqtisadiyyat Nazirliyindən bildiriblər ki, Y.Pexoçinskinin üçgünlük səfəri iyunun 2-5-də Bakıda keçiriləcək 22-ci Beynəlxalq “Xəzər neft və qaz” sərgisi və konfransında iştirak etmək məqsədi daşıyır. Sərgi və konfransda Polşanı bir neçə şirkət təmsil edəcək.

Yanuş Pexoçinskini Polşanın hökumət və iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Səfər çərçivəsində Azərbaycan hökumətinin üzvləri və sahibkarlarla görüşlər planlaşdırılır. Görüşlərdə Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq məsələləri və qarşılıqlı fəaliyyət imkanları müzakirə ediləcək.

Azərbaycan ilə Polşa arasında əmtəə dövriyyəsinin həcmi 2013-cü illə müqayisədə 2014-cü ildə 10 milyon dollar artaraq, 140 milyon dollar təşkil edib. Bu ilin birinci rübündə Azərbaycandan Polşaya idxalat 3,7 milyon dollar, ixracat isə 27,6 milyon dollar təşkil edib.

 

DİGƏR Xəbərlər Arxiv