YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyevin Azərbaycan elminin və mədəniyyətinin inkişafında rolu”

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin Azərbaycan elminin və mədəniyyətinin inkişafında rolu” mövzusunda tədbir keçirilib.

Ağdam rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, RİH başçısı Vaqif Həsənov, partiya fəalları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlər tarixə dirçəliş, intibah illəri kimi yazılıb.

DİGƏR Xəbərlər Arxiv