YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sağlam gəncliyin yetişməsi müdrik siyasətimizin prioritet istiqamətidir

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Prezident İlham Əliyevin ali rəhbərliyi ilə Azərbaycan son 19 ildə çoxsaylı uğurlara və əlçatmaz hesab olunan böyük nailiyyətlərə imza atmışdır. Azərbaycan Respublikasına rəhbərliyi dövründə idmançılarımızın özlərinə ən yaxın dost hesab etdikləri dahi şəxsiyyətimiz Ulu öndər Heydər Əliyevdən estafeti qəbul edən və həyatın bütün sahələrində olduğu kimi, idmanda da Onun başladığı işləri uğurla davam etdirən ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev də insan həyatının ayrılmaz tərkib hissəsi olan bədən tərbiyəsi və idmanın əhəmiyyətini çox yüksək qiymətləndirir, onları gündəlik şəxsi nəzarətdə saxlayır. 2012-ci ilin  Azərbaycanda “İdman ili” elan edilməsi bu sahəyə göstərilən xüsusi diqqətin bariz nümunəsidir. “İdman ili” çərçivəsində  həmçinin geridə qalan digər illərdə Azərbaycanda yüksək səviyyəli müxtəlif tədbirlər keçirilmişdir. Ölkəmizdə müxtəlif beynəlxalq yarışların keçirilməsi artıq gözəl bir ənənəyə çevrilibdir. Azərbaycanda bugün istənilən beynəlxalq idman yarışının keçirilməsi mümkündür.

Bildiyimiz kimi yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edərək, öz çıxışında idamançılarımıza xüsusi ruh yüksəkliyi verən fikirlər səsləndirməsi ümumilikdə gənclər və idman sahəsində çalışan hər kəsə güclü stimul vermişdir. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər.

Xüsusilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın və Partiyamızın qurucusu Ulu öndər Heydər Əliyev fəaliyyəti dövründə idmançıların cəmiyyətdə rolunun və nüfuzunun artması, özlərinə layiqli pillələrdə təmsil olunmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin uğurlu idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün dahi Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanının böyük tarixi əhəmiyyəti var idi. Bu mənada 1994-cü ili ölkəmizin idman həyatında dönüş ili adlandırmaq olar. Sevindirici hal ondan ibarətdir ki, məhz bu gün Prezident, Partiyamızın Sədri İlham Əliyev ənənəyə sadiq qalaraq, Ulu öndərin bütün sahələrdə olduğu kimi idman sahəsində də aparılmış uzaqgörən və düzgün siyasətini layiqincə davam etdirir. İdman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi etmişdir. Tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir.

Azərbaycan bu gün dünyada idman, multikulturalizm ölkəsi kimi tanınır. Ölkəmiz bütün sferalar üzrə günbəgün böyük inkişaf yolu keçir. Bizim həm idman sahəsində, eləcə də digər bütün sahələrdə əldə etdiyimiz möhtəşəm nailiyyətlər məhz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına uyğun həyata keçirilən siyasi xəttin göstəricisidir.