YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Ölkəmizdə idmana, idman yarışlarına böyük maraq var

“Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında çox mühüm məsələlərə toxunub. Sözsüz ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi ötən il idman sahəsində də uğurlu olub. İdman sahəsində də qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunub. Bu eyni zamanda Azərbaycanın dinamik inkişafı ilə xarakterizə olunan bir haldır.” Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova qeyd edib ki, Azərbaycan idman ölkəsi kimi bir çox beynəlxalq yarışlara ev sahibliyi edir: “Bu baxımdan da ötən il ölkəmizin idman sahəsində uğurları böyük olub. İdmançılarımız qatıldığı beynəlxalq yarışlardan 800-dən çox medal əldə edib. Bu medalların 300-ə yaxını qızıldır. Məhz bu fakt ölkəmizdə dövlətin idmana, gənclər siyasətinə olan münasibətinin bariz göstəricisir. Bu gün idman sahəsində beynəlxalq rəqabət çox güclüdür. Amma buna baxmayaraq Azərbaycan idmançıları ölkəmizi dünya, Avropa çempionatlarında layiqincə təmsil edir. 5 il bundan öncə Azərbaycanda, Bakıda keçirilmiş V İslam Həmrəyliyi Oyunları ölkəmizin mötəbər idman yarışlarını necə yüksək səviyyədə keçirməsi ilə yanaşı ümumi komanda hesabında da birinci yerə yüksəlməyi bacarmışdı. Daha sonra isə Türkiyənin Konya şəhərində 56 ölkə arasında keçirilən yarışlarda da ölkə idmançıları 99 medalla 4-cü yerdə qərarlaşdı. Bütün bunlar onu göstərir ki, Azərbaycanda idmanın inkişafı ilə bağlı atılan addımlar ardıcıl xarakterə malikdir. Fərəhləndirici haldir ki, yetişməkdə olan gənc nəsil özündən əvvəlkilərin izi ilə, onların uğurlarından ilhamlanaraq davam edir”.

Millət vəkili deyib ki, bu gün paytaxtla yanaşı bölgələrimizdə də idmana, idman yarışlarına böyük maraq var: “Atılan ardıcıl addımlar bölgələrimizdə də gənclərin, uşaqların, yeniyetmələri idmana cəlb edilməsini təşviq edəcək. Fiziki cəhətdən sağlam nəslin formalaşması qarşıda duran mühüm vəzifələrdən biridir. Ölkəmizdə idmana, idmançılara olan diqqət və qayğı bu sahənin inkişafını təmin edir. Bu da öz növbəsində ölkəmizdə ən müasir standartlara cavab verən idman komplekslərinin və mərkəzlərinin tikilib istifadəyə verilməsi ilə xarakterizə olunur. Artıq Azərbaycanın bölgələrində 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib gənclərin, idmançıların istifadəsinə verilib. Bu proses təbii ki, davam edir. Sözsüz ki, paytaxt Bakıda ən mötəbər idman yarışları təşkil olunur. 2023-cü ildə də ölkəmiz bir çox parametrlər üzrə həm dünya, həm Avropa çempionatlarının yarışlarına ev sahibliyi edəcək. Ölkə idman ictimaiyyətinin əsas hədəfi isə Yay Olimpiya Oyunlarıdır. Bununla bağlı Azərbaycanda idman sahəsi ilə bağlı olan bütün strukturlar ös səylərini artırıblar”.

Sevinc Hüseynova artıq azad edilmiş ərazilərimizdə idman yarışlarının keçirilməsindən bəhs edib: “Azad edilmiş şəhərlərin baş planları təsdiq edilərkən burada idman komplekslərinin tikintisinə də xüsusi yer verilir. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənib hazırlanır. Bununla yanaşı Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin əsası qoyulub. Sözsüz ki, ölkəmizin idman siyasəti bundan sonra da uğurla davam edəcək. Sağlam gənclik, sağlam gələcəkdir prinsipinə uyğun olaraq yetişməkdə olan gənc nəslin milli, vətənpərvər ruhda formalaşmasına hər zaman böyük önəm verilib. II Qarabağ müharibəsində məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə doğulan, böyüyən formalaşan gənclik böyük rəşadət göstərdi. Vətənpərvər gənclərimiz alınmaz qala sayılan Şuşaya qalxaraq düşməni əlbəyaxa döyüşlərdə belə məhv edərək şanlı bayrağımızı ucaltdı. Əminik ki, bundan sonra formalaşacaq gənclik də Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərən igidlərin yolu ilə gedəcək. Ölkəmizin bu günü gələcəyi, təhlükəsizliyi naminə öz üzərində düşən missiyanı layiqincə yerinə yetirəcək”.