YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarusun paytaxtında BMT-nin yaradılmasının 70-ci ildönümü ilə əlaqədar MDB dövlət başçılarının bəyanatı layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası olacaq

İyunun 3-də Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində BMT-nin yaradılmasının 70-ci ildönümü ilə əlaqədar Birliyin dövlət başçılarının bəyanatı layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası olacaq. Bu barədə MDB-nin qərargah-mənzilinin mətbuat xidmətindən bildiriblər.

İclas cari il yanvarın 28-29-da Birlik çərçivəsində xarici siyasət idarələri arasında keçirilmiş məsləhətləşmələrin “2015-ci ildə MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında” protokolunun icrası məqsədilə təşkil olunacaq.

Qazaxıstan tərəfi BMT-nin yaradılmasının 70-ci ildönümü ilə əlaqədar MDB dövlət başçılarının bəyanatının layihəsini hazırlayıb. Bəyanatın mətni ekspert qrupunun müzakirə predmeti olacaq.