YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhməramlılara məxsus daha üç avtomobilin aksiya ərazisindən keçidi təmin olunub

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən heç bir maneə olmadan sərbəst hərəkət edirlər.

Xankəndi istiqamətindən Laçına doğru hərəkət edən sülhməramlılara aid daha 3 təminat avtomobilinin bu dəqiqələrdə aksiya ərazisindən keçidi təmin olunub. Həmişəki kimi, bu dəfə də onların sərbəst hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Ermənistan mətbuatında yayılan, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.