YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Qırğızıstanın Baş naziri ilə görüşüb

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 1-də bu ölkənin Baş naziri Temir Sariyev ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafından razılıq bildirilib. Müxtəlif strukturlar, o cümlədən Müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib və bu cür əlaqələrin mövcud siyasi, iqtisadi, mədəni münasibətlərin tərəqqisi üçün yeni imkanlar açdığı ifadə edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan T.Sariyev bu problemin tezliklə diplomatik yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini xüsusi vurğulayıb.

“Münasibətlərimiz yalnız ikitərəfli deyil, həm də BMT, ATƏT və digər təşkilatlar çərçivəsində çoxtərəfli formatda inkişaf edir. Hərbi əməkdaşlıq Qırğızıstan-Azərbaycan münasibətlərinin bütün spektrinin ən mühüm elementlərindən biridir və biz bu səmərəli əməkdaşlığın gücləndirilməsində və inkişafında maraqlıyıq”, - deyə T.Sariyev bildirib.

Müdafiə naziri, general-polkovnik Z.Həsənov iki ölkənin hərbi sahədə, o cümlədən ordu quruculuğu və hərbi təhsil məsələlərində əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.