YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı şəhid ailələrini ziyarət edib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Emil Abasov və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhid Babayev Vüsal Sübbuh oğlu, Nəbiyev Elmar Elman oğlu, Kazımov Ruslan Mustafa oğlu, Mehralıyev Sarvan Natiq oğlunun ailələrini ziyarət ediblər.

YAP Pirallahı rayon təşkilatı sədri Emil Abasov bildirib ki, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı bütün dünya üçün nümunəvi xarakter daşıyır.

Rayon İcra Hakimyyətinin başçısının I müavini Vəzir Səfixanov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bu sosial layihələr çərçivəsində Prezident İlham Əliyevin yürütdüyü siyasətə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələri və müharibə əlilləri də dövlət qayğısı ilə əhatə olunub. Vətən müharibəsi başlanan ilk gündən Pirallahı rayon sakinləri də könüllü olaraq cəbhəyə yollanmaq məqsədilə Prezidentə çoxsaylı müraciətlər etdilər. Cəmi 20 min əhalisi olan rayondan yüzlərlə gənc könüllü olaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak ediblər.

Ziyarət zamanı şəhid ailələrinə bayram sovqatları çatdırılıb.