YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həmrəylik günü Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Hər bir xalqı, milləti var edən, digərlərindən fərqləndirən özünə məxsusluğudur. Ortaq dəyərlər paylaşıla bilən və yaşadılan zaman xalqların və millətlərin varlığı davam edir. Əks təqdirdə tarix səhnəsindən silinir, yox olur.  2 əsrə yaxın zamanda dəfələrlə bizi bölüb, parçalayıb vahid olmağa imkan verməyiblər. Bu qədər mənfi təzyiqlərə, təsirlərə baxmayaraq azərbaycanlılar canı, qanı bahasına eyni amal uğrunda birləşməyi bacardı, qiyamət sabahına qədər özünün var olmasını sığortaladı. Azərbaycanlı ruhu açıq şəkildə yenidən alovlandı. Yaşadığı məkandan asılı olmadan bu ruha sahib hər kəs eyni amal uğrunda birləşməyi bacardı. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş şəkildə qeyd edildi.  Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi.  31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyüyən, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarındankənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.

Dövlət müstəqilliyimizin bərpasından sonra dünya azərbaycanlılarının birliyi­nin və həmrəyliyinin aşkar rəsmi siyasət səviyyəsində dəstəklənməsi, hələ di­aspor siyasətinin tarixi mərhələlərinin ilk anların­dan etibarən Azərbaycan diasporunun konkret hədəflərinin nə olduğunu bəyan etdi.

Diaspor təşkilatları möv­cud koordinasiya şuralarının çətiri altında ölkəmizin mənafeyinə zidd olan addım­lara daha operativ adekvat cavab verməklə mühüm işlər görür və nəhayətində diasporumuz ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan məsələlərə təsirli reak­siya verir. Artıq sübut olundu ki, birgə və koordinasiyalı fəaliyyətə alternativ yoxdur və bu gün Azərbaycan dias­porunun qarşısında duran əsas hədəf də elə budur. Biz buna tam nail olacağıq.

Vətən müharibəsinin başlanmasında qığılcım rolunu oynayan Tovuz hadisələrindən sonra dünya­nın hər yerində soydaşlarımı­zın kütləvi etiraz dalğası birlik və həmrəylik zərurətinin daha dərindən dərk olunmasına gətirib çıxardı. Azərbaycan Ordusunun 44 günlük müharibədə tarixi Qələbə əldə etməsinin dərin qatların­da dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin payı olmaqla yanaşı, diaspor cəbhəsində mövqelərimizi gücləndirdi, qalib xalqın dias­poru reallığını yaratdı. Xalqı­mızın erməni vandalizminə qarşı mübarizəsi və dünya birliyinin buna göz yum­ması fonunda formalaşan həmrəyliyimiz milli təhlükə qarşısında birləşməyin böyük təcrübəsini bizə yaşatdı.