YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“30 il xalqın xidmətində”

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatında partiyanın təsis edilməsinin 30 illiyi, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “30 il xalqın xidmətində” adlı tədbir keçirilib.

Tədbirdə İmişli rayonundan şəhid olan Vətənin qəhrəman övladlarının ailələri, hüquq-mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, ulu öndər Heydər Əliyevin təsis etdiyi Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. 30 il öncə təsis edilən partiyamızın sıralarında bütün kateqoriyadan olan insanların təmsil olunması onu deməyə əsas verir ki, YAP xalqın partiyasıdır: “Yeni Azərbaycan Partiyası ötən 30 ildə uğurla inkişaf edib, Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb. Müzəffər Ali Baş Komandan, partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfərini yazdı”.

İmişli rayon prokuroru Valeh Səmədov, “Energetik - 1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov, şəhid valideynləri xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyasının artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etdiyini, xalqın sevgisini və dəstəyini qazandığını, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirdiyini vurğulayıblar. Çıxışlarda Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan bəhs olunub, şəhidlərin əziz xatirəsi yad edilib.