Xəbərlər
Heç bir maneə yoxdur

Dekabrın 30-da aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.
Bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus üç avtomobilin aksiya ərazisindən sərbəst keçib.
Qeyd edək ki, bu gün səhər saatlarında Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus üç avtomobilin aksiya keçirilən ərazidən maneəsiz hərəkəti təmin olunmuşdu.
Bu, humanitar məqsədlə istifadə edilən avtomobillərin Laçın-Xankəndi yolunda hərəkəti üçün heç bir maneənin olmamasının daha bir sübutudur.