YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etirazçılar mövqelərində qətidirlər!

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına məqsədilə Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 19 gündür davam edir.

Yeni il münasibətilə aksiya keçirilən ərazidə şam ağacı quraşdırılıb.

Bu, bir daha onu göstərir ki, etirazçılar mövqelərində qətidirlər və onlar öz tələblərinin yerinə yetirilməsi üçün bayramı da aksiya yerində keçirməyə hazırdırlar.