YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən qəhrəman övladları ilə bütöv və qüdrətlidir!

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı, Cəbrayıl Rayon İcra Hakimiyyəti və Cəbrayıl rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil olunub.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanən ərazi bütövlüyü uğrunda şəhid olan Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Vətən müharibəsində qazanılan şanlı Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərin igidliyi və rəşadəti sayəsində əldə olunub.

Sonra Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov,
fəxri sədri Siyavuş Əsgərov, şəhid xanımı Pərvanə Kəlbalıyeva, Qarabağ Qaziləri İctimai Birliyinin rayon filialının sədri İxtiyar Hüseynov, Azərbaycan Vətən Müharibə Veteranları İctimai Birliyinin rayon filialının sədri Rasim Paşayev və digərləri  çıxışlarında vurğulayıblar ki, bütün bayramlarımızı, hər günümüzü, hər anımızı başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə və xalq-iqtidar birliyi ilə qazanılmış Zəfərimizi möhkəmləndirən şəhid ailələrinin dəyanətinə borcluyuq.

Tədbir incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.