YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətəndaşlıq borcu

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının 9 nömrəli, 6 nömrəli ərazi partiya təşkilatlarının üzvləri və Şuşa rayon Uşaq Gənclər inkişaf mərkəzinin əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Həsənov Nurlan Nadir oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə şəhidimizin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Həmçinin qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.