YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatında qazilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qazilərlə görüş keçirilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov, Nizami Bələdiyyəsi sədrinin I müavini, müharibə əlili Heydər Rəhimov, sahibkar Elçin Rzayev müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun sayəsində əldə olunmuş parlaq Zəfərdən, onun nəticələrindən danışıb, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Azərbaycanın uğurlarından bəhs ediblər.

Qazilər adından çıxış edən Ervin Cavadov, Nurlan Nuriyev və başqaları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Sonra qazilərə bayram hədiyyələri və sovqatı təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv