YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin növbəti iclası keçirilib

Dekabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin növbəti iclası keçirilib.

İclasda Gənclər Birliyinin 2022-ci il ərzindəki fəaliyyəti təhlil edilib və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər müzakirəyə çıxarılıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Birliyin 2022-ci ildə fəaliyyətinin Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına uyğun təşkil edildiyini deyib. O bildirib ki, ötən dövr ərzində gənclərin fərdi inkişafını dəstəkləyən sosial, innovativ, ekoloji layihələrlə bərabər Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə dair Tədbirlər Planına uyğun olaraq respublika üzrə idman turnirləri təşkil olunub. Ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün gənclərin iştirakı ilə sosial şəbəkələrdə kampaniyalar həyata keçirilib və YAP-ın əməkdaşlıq etdiyi bir sıra xarici siyasi partiyaların gənclər qolları ilə qarşılıqlı təmaslar davam etdirilib.

İclasda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar YAP Gənclər Birliyinin həyata keçirəcəyi fəaliyyətə dair müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.