YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunda aztəminatlı ailələr daim diqqətdə saxlanılır

Səbail rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və təşkilat əməkdaşları aztəminatlı ailələri qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara ərzaq bağlamaları təqdim ediblər.

Ərzaq bağlaması verilmiş aztəminatlı ailələrin nümayəndələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.