YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat seçicilərinə hesabat verdi

Milli Məclisin deputatı Anar Məmmədov Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının inzibati binasında seçiciləri ilə 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat xarakterli görüş keçirib. Görüşdə YAP Goranboy rayon və Naftalan şəhər təşkilatlarının sədrləri, Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra deputat il ərzindəki fəaliyyəti barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Hesabat çıxışında Anar Məmmədov seçici müraciətləri, onların təmin olunması, müxtəlif əlamətdar və bayram günləri ilə əlaqədar imkansız ailələrə, şəhid ailələrinə paylanan ərzaq yardımı və dairə ərazisində həyata keçirilən infrastruktur işləri barədə statistik məlumatları seçicilərinin diqqətinə çatdırıb.

Sonda görüşdə iştirak edən ağsaqqallar və ziyalılar Goranboy rayonunun və Naftalan şəhərinin əhalisinə dövlətimiz tərəfindən göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.