YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATU-da Emin Sabitoğlunun anadan olmasının 85 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Emin Sabitoğlunun anadan olmasının 85 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Konsert proqramında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatları Sadiq Qurbanov, Səbinə Xasayeva, ATU-nun rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, partiya üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.