YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tələblər yerinə yetirilməyənədək...

Yaponiyanın “ajmedia.jp” portalı azərbaycanlıların Laçın-Xankəndi yolunda davam edən aksiyası barədə yeni məlumat yayıb.

Yapon dilində yayılmış məlumatda qeyd edilir ki, Laçın-Xankəndi yolundakı aksiya ermənilərin qanunsuz davranışlarının qarşısını alır. Bildirilir ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekofəallar dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunda Qarabağdakı təbii sərvətlərimizin qanunsuz şəkildə istismarının dayandırılmasına qarşı dinc etiraz aksiyası keçirirlər.

Məlumatda aksiyanın artıq 17 gündür davam etdiyi, iştirakçıların ilk gündən etibarən əzm, iradə nümayiş etdirərək tələbləri yerinə yetirilməyənədək ərazini tərk etməyəcəklərini bildirdikləri vurğulanır. Qeyd edilir ki, onlar Xankəndi-Laçın yolunda Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olmayaraq, haqlı, sivil qaydada toplaşıb qanunsuzluqlara etiraz səslərini ucaldırlar. Bildirilir ki, aksiya iştirakçıları haqlı tələblərinin yerinə yetiriləcəyinə əmindirlər.