YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qərbi Azərbaycana qayıdış yeni tarixi reallıqdır

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirak etməsi və Qərbi Azərbaycandan olan ziyalılarla görüşü böyük əhəmiyyətə malik tarixi hadisə idi. Hər zaman doğum günlərini şəhid ailələri, hərbçilərlə keçirən Prezident İlham Əliyev bu dəfə Qərbi Azərbaycandan olan ziyalılarla görüşdü. Əslində bu görüş Azərbaycan müasir tarixində yeni mərhələnin başğalanğıcı idi.

44 günlük Vətən müharibəsində Azərbaycan xalqına Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev dönməz qətiyyəti və dəmir yumruğu sayəsində milli qürurumuzu özümüzə qaytardı. Azərbaycan xalqı bir yumruq şəkilində Prezident İlham Əliyevin ətrafında birləşərək 30 illik torpaq həsrətindən sonra öz torpaqlarını işğaldan azad etdi. Prezident İlham Əliyevin diktəsi ilə regionda yeni reallıq yarandı. Bu reallığı Azərbaycan BMT-nın Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına qarşı qəbul etdiyi qətnamələri təkbaşına icra etməklə yaratdı.

Qərbi Azərbaycan olan ziyalılarla görüşdə, artıq iki ildir ki, müzəffər xalq kimi yaşadığımızı qeyd edən Prezident İlham Əliyev xalqımızı növbəti tarixi mərhələyə kökləyərək Qərbi azərbaycanlıları heç vaxt ümidlərini itirməməyə səslədi. Ulu Öndər Heydər Əliyev siyasi xəttinin hər zaman ölkəmiz üçün alternativsiz inkişaf və tərəqqi yolu olduğunu bilən xalqımız 30 il ərzində torpaqlarımızın işğalı ilə bir an belə barışmadı. Lakın bəzən insanlar arasında bununla bağlı müəyyən nikbinlik olurdu, insanlar düşünürdü ki, bu sona qədər belə davam edəcək. Ancaq xalqın güvən və etibar mənbəyi olan Prezident İlham Əliyev daim insanlarımızı böyük Qələbəyə səsləyirdi.

2020-ci ildə torpaqlarımızın işğaldan azad edilərək böyük Qələbəni yaşayan xalqımız yaxın zamanda Qərbi Azərbaycandakı torpaqlarımıza da qayıdacağımıza bir an olsun belə şübhə etmir. Xalqımızın bu tarixi ərazilərimizə qayıdışını reallığa çevirmək üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Qərbi Azərbaycan İcması yaradıldı. Bu icma Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, gənc nəslin məlumatlandırılmasında xüsusi əhəmiyyət missiyanı həyata keçirəcək.

Bu gün Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdışı Prezident İlham Əliyevin dərin təhlilə əsaslanan uzaqgörən, müdrik siyasəti nəticəsində artıq bir reallıqdır. Bu reallıqdan bizi sadəcə zaman məsafəsi ayırır. Azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparıldığı kimi gün gələcək Qərbi Azərbaycan torpaqlarında da böyük qayıdış həyata keçiriləcək.