YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qərbi Azərbaycana Böyük Qayıdış da yaxın gələcəkdə baş tutacaq

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Məlum olduğu kimi 24 dekabr tarixində Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüş keçirmiş və görüş zamanı bir sıra mühüm əhəmiyyət kəsb edən məqamlara toxunub.

Görüş zamanı Prezident İlham Əliyev çıxış edərək bildirib: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

Biz inanırıq ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edildiyi kimi, Qərbi Azərbaycana  Böyük Qayıdış Proqramı da yaxın gələcək də həyata keçəcək.

Prezident İlham Əliyev öz çıxışı ilə Qərbi Azərbaycan İcmasının ziyalıları qarşısında bir sıra mühüm vəzifələr də müəyyənləşdirdi. Ölkə başçısı vurğuladı ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalı və Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə, nəticəyə hesablanmış tərzdə aparmalıdır.

Qeyd etmək lazımdır ki, görüş zamanı Prezident İlham Əliyevin verdiyi mesajların mahiyyəti xalqımızın əzəli və qədim torpağı olan Qərbi Azərbaycana qayıdış üçün inamımızın sarsılmaz olmasından ibarətdir.

Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi Vətən müharibəsi zamanı Azərbaycan tarixi ədaləti bərpa etdi.

Tarixi ədaləti bərpa edən Ali Baş Komandan İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi.