YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yalan təbliğatın ömrü uzun ola bilməz

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik” tezisinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir.

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu nəticəsində bütün sahələrdə, o cümlədən xarici siyasət sahəsində uğursuzlaqlarının yaratdığı problemlər hər kəsə bəllidir. Azərbaycan haqqında dolğun məlumatın olmaması erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdur. Tarixi saxtalaşdırmaqla özlərinə tarix yazan ermənilər elə düşünürdülar ki, bu yolla nəyəsə nail ola biləcəklər. Amma hər dəfə fakt qarşısında acizlikləri onlarda yalan təbliğatın ömrünün uzun olmadığı barədə aydın təsəvvür yardırdı. Məlumdur ki, qardaş Türkiyəyə qarşı əsassız “erməni soyqırımı” iddiasını irəli sürən Ermənistana cavab olaraq rəsmi Ankara tarixçilərdən ibarət Türkiyə-Ermənistan komissiyasının yaradılmasını, dünya arxivlərinin açlımasını təklif edəndə qarşı tərəf daş atıb başını tutdu ki, bu işlə tarixçilər deyil, siyasətçilər məşğul olurlar. Tarixi həqiqətlərin araşdırılmasının tarixçilərin işi olduğunu dərk etməyən, eyni zamanda, gərk edərək faktın yoxluğundan diqqəti yayındırmaq üçün siyasətçiləri işə cəlb etməyə çalışan Ermənistan rəhbərliyi bu gedişlərin ömrünün uzun olmayacağını çox yaxşı bilirdi. Çünki hazırda informasiya-kommunikasiya texnologiyaları əsrindəyik. Danışan yeni texnologiyalar, faktlar, rəqəmlərdir.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Qərbi Azərbaycandan olan biri qrup ziyalı ilə görüşündə bu kimi məqamlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr,  tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər. Azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var: “Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.”

Hədəflər sırasında İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşıyır. Bildirildi ki. sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar təşkil olunmalıdır. Bir çox ölkələrdə diaspor təşkilatlarımız var. Bu il Qarabağın tacı Şuşada Azərbaycan diaspor təşkilatlarının V Zəfər Qurultayı keçirildi.

Gələcəyə hesablanmış addımlar sırasında bu hədəf də xüsusi yer tutur ki, xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni, haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur.

Qeyd olunanlar, ən əsası tariximizə söykənərək bu əminlik ifadə olundu ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.