YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov Laçın-Xankəndi yolundakı aksiyada Azərbaycanın mövqeyini açıqlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı Azərbaycan tərəfinin mövqeyini çatdırdım.

Bunu dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında söyləyib.

Azərbaycanın dövlət qurumları nümayəndələrinin Qarabağ iqtisadi rayonunda yerləşən faydalı qazıntı yataqlarında monitorinq aparmasının qarşısının alındığını vurğulayan nazir deyib: “Bunu orada yaşayan əhali edib. Biz başa düşürük ki, bu, provokasiyadır. Monitorinq aparılması sahəsində iş əslində xeyli əvvəl başlamışdı. Son vaxtlar isə daha da intensivləşmişdi. Bu səylər nəticə vermədiyinə görə azərbaycanlı ekofəallar aksiyaya başladılar. Bu, onların hüquqlarıdır və hüquqlarından istifadə edirlər".

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyası 16 gündür davam edir.