YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Serbiya üçün etibarlı tərəfdaşdır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri  

Azərbaycan Respublikası Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Bu gün Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Həmçinin Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Hazırda bu proses Cənub Qaz Dəhlizi  layihəsi çərçivəsində artıq istismarda olan TANAP və TAP qaz kəmərləri vasitəsilə həyata keçirilir. Bu, Azərbaycana öz qazını müstəqil şəkildə Avropa bazarlarına çıxarmaq imkanı verən qlobal miqyasda unikal sənaye layihəsidir.

Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində respublikamızın aparıcı rola malik olmağı üçün şərait yaradır. Bu çərçivədə Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlərdən biri də Serbiyadır.Çünki Serbiya və Azərbaycan Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşir. Ona görə də bu sahədə əməkdaşlığın əhatə dairəsi hər keçən gün daha da genişlənir. Bu günə kimi iki ölkə arasında hərbi sənayedən tutmuş, ticari-iqtisadi, mədəni, müasir texnologiyaların tətbiqi, sosial sferada əməkdaşlığa qədər bütün münasibətləri əhatə edən bir çox  müqavilələr imzalanıb.
Xüsusən son 19 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib. Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılamsı ölkəmizin strateji mövqelərini daha da gücləndirib. Bəli bu gün Azərbaycanın balanslı xarici siyasət kursu ölkəmizlə dünya dövlətləri arasında səmimi, bərabərhüquqlu, qarşılıqlı maraqlara xidmət edən münasibətlər üçün zəmin yaradıb. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu xarici siyasət kursu sayəsində Azərbaycan dünyada etibarlı tərəfdaş, beynəlxalq əhəmiyyətli tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkə kimi də müsbət imic formalaşdırıb.