YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhməramlıların daha dörd təminat avtomobili aksiya ərazisindən maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Dekabrın 26-da Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha dörd təminat avtomobilinin aksiya keçirilən məkandan maneəsiz keçməsinə şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, bu gün səhər saatlarında da Rusiya sülhməramlılarına məxsus təminat avtomobili Xankəndidən Laçın istiqamətinə doğru gedib.

Bir daha xatırladırıq ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat aavtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.