YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Serbiya arasında münasibətlər qardaşlıq təməli üzərində qurulub

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət,  həyata keçirdiyi beynəlxalq iqtisadi layihələr nəticəsində bir çox Avropa dövlətləri ilə Azərbaycan arasında sıx dostluq əlaqələri yaranmış, strateji müttəfiqlik müqavilələri imzalanmışdır.  Azərbaycanın bir sıra Avropa dövlətlərinə qaz ixracı ilə yanaşı elektrik enerjisi də ixrac etməsi bu ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın istehsalı olan bərpa olunan elektrik enerjisinin Qara dənizin dibi vasitəsilə Avropaya ixrac edilməsi üçün çoxtərəfli müqavilələr də imzalanmışdır.

Azərbaycanla dostluq və müttəfiqlik əlaqələri olan Avropa dövlətlərindən biri də Serbiya Respublikasıdır. Ötən ay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya səfəri və dekabr ayının 21-də Serbiya Prezidenti Aleksandr Viçiçin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi, siyasi əlaqələrin dinamik inkişafından xəbər verir. Prezident İlham Əliyev dekabrın 21-də Serbiya Prezidenti  ilə təkbətək görüşdən sonra mətbuata iki ölkə arasındakı siyasi iqtisadi əlaqələr barədə bəyanatla  çıxış etmişdi.

Serbiya ilə Azərbaycan strateji tərəfdaş dövlətlərdir və bu sahədə bir çox mühüm sənədlər imzalanmışdır. Hər iki dövlət hər zaman bir birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Təəssüflər olsun ki, bu gün dünyada beynəlxalq hüququn normaları pozulur və hələ də ikili standartlar mövcuddur. Həm Azərbaycan, həm də Serbiya bu ikili standartlardan əziyyət çəkmiş dövlətlərdir.

Həm Serbiyada, həm də Azərbaycanda ikitərəfli müqavilələrin imzalanmasından sonra dövlətlər arasında ticarət dövriyyəsi sürətli şəkildə artacaq. Nəqliyyat - logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də imzalanmış müqavilələr mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya dövlətlərinin müvafiq qurumları arasında bu  sahədə təmaslar da yaradılmışdır.

Bu gün Azərbaycan Serbiya ilə qonşu olan bir neçə Avropa ölkəsinə təbii qaz və elektrik enerjisi ixrac edir. Gələn ildən Azərbaycanın təbii qazının və elektrik enerjisinin Serbiya Respublikadına ixrac edilməsi haqqında razılığa gəlindi. Həmçinin Azərbaycanla Serbiya arasında müdafiə sənayesi sahəsində də birgə əməkdaşlığın yaradılması prespektivləri  müzakirə olundu və gələcəkdə bu istiqamətdə müsbət addımların atılması gözlənilir. Bu gün Azərbaycanla Serbiya arasında münasibətlər möhkəm dostluq, qardaşlıq təməli üzərində qurulmuşdur.