YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan naziri ilə investisiyaların təşviqi müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşüb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşdə ölkələrimiz arasında dostluq və çoxşaxəli əməkdaşlığın iqtisadi-ticarət əlaqələrimizin inkişafı üçün yaratdığı imkanlar və investisiyaların təşviqi barədə müzakirələr apardıq”, - deyə M.Cabbarov bildirib.