YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Əsədullayev: Dünyanın nüfuzlu maliyyə təşkilatları Azərbaycanın əldə etdiyi nəticələri yüksək qiymətləndirirlər

«Bu gün müstəqil Azərbaycan dövləti uğurla inkişaf edir. Azərbaycan dünyada dinamik inkişaf edən və sabit ölkə kimi tanınır». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev deyib.

Ç.Əsədullayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadi sahədə ciddi uğurlar əldə edilməkdədir. Onun sözlərinə görə, bunun nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.

«Dünyanın nüfuzlu maliyyə təşkilatları da Azərbaycanın əldə etdiyi nəticələri yüksək qiymətləndirirlər. Bir sıra qurumlar ölkəmizin kredit reytiniqi artırıblar. Bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir. Əminik ki, uğurlarımız daha da artacaq»- deyə, komitə sədrinin müavini vurğulayıb.    

DİGƏR Xəbərlər Arxiv