YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev hər bir azərbaycanlının qürur mənbəyidir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Müasir dünya nizamında mürəkkəb siyasi, iqtisadi və sosial proseslərin əhatəsində olan dövlətlərin gələcək inkişaflarını təmin etmək üçün müdrik, uzaqgörən liderə sahib olması çox vacib məsələdir. Bu gün dünyada gələcəyə doğru işıqlı yolu təmin edəcək liderlərin yoxluğu müşahidə olunur. Azərbaycan o dövlətlərdəndir ki, onun praqmatik, yüksək intellektli, enerjili və təşəbbüskar lideri var.

Ulu Öndər Heydər Əliyevin “mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikiri son 19 il ərzində öz reallığını dəfələrlə təsdiqləmişdir. 1993-cü ildə Azərbaycan xalqı üzləşdiyi faciələrə son qoymaq və uğurlu gələcək naminə Ulu Öndər Heydər Əliyev siyasətinə səs verdi. Bu tarixi qərar Azərbaycan xalqını qarşıda qələbələrlə müjdəli gələcəyə doğru aparacaq yolun başlanğıcı idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin təməli möhkəmləndirildi və gələcək inkişafın təmin edilməsi üçün ölkədə sabit, firavan şərait yaradıldı.

2003-cü ilin 15 oktyabrında Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasətinə ümumxalq etimadı göstərərək bir daha sadiqliyini və sadəqatini nümayiş etdirdi. Ulu Öndərin layiqli və yeganə davamçısı cənab İlham Əliyev yüksək səs çoxluğu ilə Azərbaycan xalqı tərəfindən Azərbaycan Prezidenti seçildi. Azərbaycan xalqı bu tarixi qərardan sonra qarşıdakı illərdə misli görülməmiş inkişafın, bəlkə də, bir əsrə bərabər geniş miqyaslı işlərin həyata keçiriləcəyinə şahid olacaqdı. Bu inam və etimad yanılmadı, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu.

Ötən 19 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük gənclər ordusu formalaşdırıldı. Gənc nəslin vətənpərvər ruhda yetişməsi istiqamətində kompleks tədbirlər həyata keçirildi. Hazır ki, gənc nəsil məhz son 19 il ərzində həyata keçirilən dövlət gənclər siyasəti sayəsində formalaşmış yüksək potensiala malik gənclikdir. Bu siyasət çərçivəsində hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuş Azərbaycan gəncliyi bu gün ölkəmizin müxtəlif sahələrində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirir. Gənclərin bu cür yüksək potensiala malik olması təsadüf deyil. Bu praqmatik lider kimi Prezident İlham Əliyevin ölkənin gələcək inkişafında gənclərin əvəzsiz roluna verdiyi xüsusi diqqət və önəmdən irəli gəlir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində böyük Qələbə əldə edildikdən sonra regionda yeni reallığın əsası qoyuldu. BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə icra edə bilmədiyi qətnamələr müzəffər Ali Baş Komandanın dönməz qətiyyəti və dəmir yumruğu sayəsində icra edildi. Qələbənin əldə olunmasında xalq-iqtidar birliyinin önəmini xüsusi vurğulamaq lazımdır. İqtidar-müxalifət əlaqələrinin inkişaf etdirilməsi və milli maraqlar ətrafında cəmiyyətin bütün nümayəndələrinin birləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin əsas xarakterik xüsusiyyətlərindən biridir.

Artıq Azərbaycan post müharibə dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün işğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi altında dayanıqlı inkişafın uğurlu şəkildə təmin olunması üçün müasir standartlara əsaslanan bərpa və quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərimizin ilk qrupları artıq bu ərazilərdə salınan ağıllı yaşayış məntəqələrində məskunlaşmağa başlayıblar. Bununla bərabər Azərbaycan qlobal miqyasda da özünün sabitləşdirici rolu ilə digər dövlətlərlə yaxından əməkdaşlıq edir. Dünyanın aparıcı dövlətlərinin rəhbərləri öz çıxışlarında Prezident İlham Əliyevin liderliyinə həsəd aparır, öz heyrətlərini ifadə edirlər. Bu isə öz növbəsində hər bir azərbaycanlı üçün böyük şərəf və qürur mənbəyidir.