YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında Şuşa şəhərinin 270 illik yubileyi və “Şuşa İli” münasibətilə Şuşanın azad olunmasında şücaət göstərmiş Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Vətən müharibəsi qəhrəmanları, Xüsusi Təyinatlı Qüvvələrin zabitləri olmuş İlham Əliyev, Şahin Camallı, təşkilatın əməkdaşları və fəal gənclər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin 2022-ci ili məhz “Şuşa İli” elan etməsi çox mütərəqqi bir addımdır. Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır. Samir Vəliyev qeyd edib ki, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. S.Vəliyev şəhid və qazilərin tələbələr, gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarının təbliği istiqamətində təşkil edilən tədbirlərin əhəmiyyətindən bəhs edib. 44 günə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyini vurğulayan təşkilat sədri azad olmuş torpaqlarda aparılan böyük quruculuq işlərindən də söz açıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu ölkədə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət ayrıldığını qeyd edərək qəhrəman qazilərimizlə keçirilən görüşün xüsusi önəm daşıdığını vurğulayıb. Hikmət Babaoğlu, həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.

Vətən müharibəsi qaziləri, Xüsusi Təyinatlı Qüvvələrin zabitləri İlham Əliyev və Şahin Camallı keçdikləri döyüş yollarından, Şuşanın azad olunması əməliyyatından danışıblar.

Sonra qazilər gəncləri maraqlandıran sualları cavablandırıblar.

Sonda YAP Nərimanov rayon təşkilatı tərəfindən Vətən müharibəsi qəhrəmanlarına xüsusi hədiyyə və fəxri fərmanlar təqdim olunub.