YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Faydalı qazıntıların qeyri-qanuni istismarının qarşısı alınmalıdır

YAP Quba rayon təşkilatının sədri

Fidan Hüseynova

Bu il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Azərbaycan nümayəndələrinə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması məqsədilə gələn işçi qrup üzvərini burada yaşayan erməni sakinlər qarşılayaraq onların əraziyə buraxılmasına mane olublar. Baş verənlərə etiraz olaraq azərbaycanlı vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ekoloji fəsadlara səbəb olan halların aradan qaldırılmasına haqlı narazılıqlarını bildirirək, Şuşa-Laçın yolunda artıq 10 gündür davam edən dinc etiraz aksiyası başlamışlar. Etiraz aksiyasının dekabrın 12-dən başlamasına baxmayaraq, hələ də Rusiya sülhməramlı kontingenti tərəfindən eko-fəalların tələbləri yerinə yetirilmir. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir. Bu gün hüquqi dövlət olan Azərbaycanda vətəndaş cəmiyyəti fəal mövqe nümayiş etdirir və vətəndaşların maraqlarının qorunmasında, onların təmin olunmasında dövlətə yardım edir. Qərb ölkələrində, demokratik dəyərlərin üstün tutulduğu mərkəzlərdən sivil və dinc aksiyanın dayandırılmasına dair tələblər təəccüb doğurur. Eko-fəallar hansısa xarici ölkənin ərazisinə mina, silah-sursat daşıyıb, təbii sərvətlərə qarşı talançılıq törətmir. Əksinə bunu edənlərə qarşı öz etirazlarını bildirirlər. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından 2 il ötməsinə baxmayaraq, Ermənistan öz öhdəliklərini yetirmir və intensiv şəkildə Azərbaycana qarşı müxtəlif təxribatlar törədir, sülh prosesinin dinc yolla həllinin qarşısını alır. Rus sülhməramlıları nəzarət etdikləri ərazilərdə öz funksiyalarını lazımınca icra edə bilmir və Ermənistan tərəfindən təxribatların törədilməsinə göz yumur. Bu mənanada, baş verənlər, aksiya iştirakçılarının, hətta Xankəndidən olan sakinlərimizin öz doğma torpaqlarına buraxılmaması yolun azərbaycanlılar tərəfindən deyil, Rusiya Federasiyasının dırnaqarası sülhməramlı kontingenti tərəfindən bağlandığını bir daha sübut edir. Vətəndaş cəmiyyətinin nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərimizin qanunsuz istismarının və daşınmasının qarşısını almağa çalışırlar.Ona görə də Azərbaycan ictimaiyyətinin nümayəndələri bu etirazla haqsızlığa yox deyir, haqq-ədalət tələb edir. Sübhə yoxdur ki, xalqımız bu dəfə də haqlı istəyinə nail olacaq və ədalət bərpa olunmayana qədər geri çəkilməyəcək.

DİGƏR Xəbərlər Arxiv