YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa-Xankəndi yolundakı etiraz aksiyasının iştirakçılarının əksəriyyətini gənclər təşkil edir

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçılarının əksəriyyətini gənclər təşkil edir. Onlar ərazidə həm fotolar, həm də video çəkirlər. Orada həm könüllülər, həm də gənclər təşkilatlarının üzvlərinin iştirak etdiyini görürük. Bu normaldır, çünki gənclər hər yerdə və ümummilli məsələlərdə birinci olmalıdırlar. Azərbaycan gəncləri hər zaman öz dövlətinin yanındadırlar.

Bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibəsində Şuşa-Laçın yolunda keçirilən aksiyada gənclərin iştirakı ilə bağlı fikirlərini bölüşərkən deyib.

Nazir qeyd edib ki, ümumiyyətlə aksiyada iştirak edənlər sadə gənclərdir. Onlar öz təşəbbüslər ilə həmin əraziyə getmək istəyirlər. Bizim gənclərimiz hər bir çağırışa hazırdırlar. Əhalimizin dörddəbir hissəsi gənclərdən ibarətdir. Gənclər cəmiyyətin fəal iştirakçılarıdır. Gənclərimiz və gənclər təşkilatları aktivdirlər.