YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Silahlı qüvvələrimiz arasında əməkdaşlıq təcrübə mübadiləsi üçün gözəl imkanlar yaradır

Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsindəki əməkdaşlıq sürətlə inkişaf edir. Xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin üçtərəfli əlaqələrimizin dinamik inkişafında əhəmiyyətli rolu var. Beynəlxalq hüquqa və ərazi bütövlüyünə olan hörmət üçtərəfli əməkdaşlığımızın təmin olunmasına təsir göstərən ən mühüm amillərdəndir.

Bu fikirləri Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə milli müdafiə naziri Hulusi Akar və Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze ilə birgə keçirdikləri brifinqdə ifadə edib.

Azərbaycanın Türkiyə və Gürcüstanla hərbi əməkdaşlıq sahəsində üçtərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran nazir Zakir Həsənov deyib: “Silahlı qüvvələrimiz arasında əməkdaşlıq və döyüş səviyyəsinin artırılması təcrübə mübadiləsinın aparılması üçün gözəl imkanlar yaradır”.

Üçtərəfli hərbi əməkdaşlığın inkişafını Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün mühüm amil kimi dəyərləndirən general-polkovnik Zakir Həsənov 44 günlük Vətən müharibəsində sərgilədiyi ədalətli və qətiyyətli mövqeyə görə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti adından Türkiyə tərəfinə bir daha dərin minnətdarlığını bildirib.

DİGƏR Xəbərlər Arxiv