YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev: Bizim artan beynəlxalq nüfuzumuz ölkəmizin inkişafına çox müsbət təsir göstərir

Azərbaycan Prezidenti İlham Əliyev milli bayram – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində deyib ki, ölkəmizdə ictimai proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda vətəndaş cəmiyyəti tam formalaşıb. Azərbaycanda azad cəmiyyət mövcuddur. Bütün azadlıqlar təmin edilir, o cümlədən iqtisadi, siyasi sahədə. Bu, bizim uğurlu inkişafımızı təmin edir.

Dünyanın müxtəlif yerlərində qanlı toqquşmaların, müharibələrin, böhranların yaşandığını bildirən dövlətimizin başçısı qeyd edib ki, əvvəldən qalan münaqişələr öz həllini tapmır, üstəgəl yeni münaqişə zonaları yaradılır. Bu, bizim gözümüzün qabağındadır. Ancaq Azərbaycan burada yenə də sabitliklə, düşünülmüş siyasətlə seçilir. Azərbaycan bu gərgin məkanda nəinki sabitlik adasıdır, eyni zamanda, sabitləşdirici amildir. Bizim bölgəyə çox müsbət təsirimiz var. Siyasi təşəbbüslər, iqtisadi, enerji, nəqliyyat təşəbbüsləri regional əməkdaşlığın əsasını təmin edir və burada Azərbaycanın rolu artır. Əlbəttə, bu, bizi sevindirir. Ancaq ən önəmlisi ondan ibarətdir ki, bizim artan beynəlxalq nüfuzumuz ölkəmizin inkişafına çox müsbət təsir göstərir.