YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Respublika Günü münasibətilə Buxarestdə rəsmi qəbul keçirilib

Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə 28 may - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Mərasimdə Rumıniya dövləti tərəfindən əsas qonaq qismində Rumıniyanın Mədəniyyət Naziri İoan Vuplesku iştirak edib.

Rəsmi qəbula, həmçinin xarici ölkələrin Rumıniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə yanaşı, Rumıniya Prezident Administrasiyasının müşavirləri, bu ölkənin sabiq Prezidenti İon İliyesku, sabiq Xarici İşlər Naziri Titus Korlaçean, sabiq Prezident Trayan Baseskunun xarici siyasət, təhlükəsizlik və strateji məsələlər üzrə müşaviri Yulian Kifu, Rumıniya parlamentində Rumıniya-Azərbaycan dostluq qrupunun sədri, deputat və senatorlar, avroparlamentarilər, Rumıniya Olimpiya Komitəsinin nümayəndələri, Buxarest şəhərinin sektorlarının (rayonlarının) bələdiyyə rəhbərləri, hökumətdə təmsil olunan Sosial Demokratlar Partiyası, Milli Liberal Partiyasının gənclər təşkilatının xeyli sayda üzvü, müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri, Rumıniyada yaşayan, təhsil alan azərbaycanlılar, Heydər Əliyev təqaüdçüləri də qatılıblar.

Tədbir müddətində Azərbaycan xalq musiqiləri fonunda ölkəmizin turizm və mədəniyyətini əks etdirən təbliğat çarxları nümayiş etdirilib.