YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Dörd il ərzində 400 mindən çox vətəndaş işlə təmin olunub

Bu gün Azərbaycan çoxşaxəli məşğulluq siyasəti həyata keçirir. Ötən dörd ildə 400 mindən çox vətəndaş işlə təmin olunub. İctimai işlər seqmenti 130 mindən çox vətəndaşı əhatə edib. Özünüməşğulluq proqramı 60 mindən çox ailə üçün kiçik və mikro-biznesin yaradılmasına dəstək verib. Eyni zamanda, çox böyük peşə hazırlığı, peşə təhsili, peşəyönümlü məsləhət xidmətləri, karyera məsləhət xidmətləri həyata keçirilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə ölkə başçısı tərəfindən irəli sürülən və təsdiq edilən üç sosial paket böyük rol oynadı. Qeyd olunub ki, üç il ərzində üç paket çərçivəsində 4 milyondan çox vətəndaşın məşğulluq, əmək və sosial rifahına ciddi dəstək verildi. Cəmi dörd illik müddət ərzində ölkə üzrə minimum əməkhaqqı 2.3 dəfə, əməkhaqqı fondu 2.2 dəfə, median əməkhaqqı 2 dəfə artdı.

"Bu, çox böyük nəticələrdir. Milyardlarla dövlət vəsaitinin dövlət üçün prioritet hesab etdiyi vətəndaşlarının məşğulluğuna yönəltməsi deməkdir", - deyə S.Babayev diqqətə çatdırıb.