YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın nüfuzlu “La Perche” qəzetində “Orn Azərbaycan ilə daha çox işləməlidir” sərlövhəli məqalə dərc olunmuşdur

Fransanın Orn departamentinin əsas mətbu orqanı olan nüfuzlu “La Perche” qəzetinin 19 may tarixli nömrəsində “Orn Azərbaycan ilə daha çox işləməlidir” sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalədə Senatın Fransa-Qafqaz dostluq qrupu sədrinin müavini, Orn departamentindən senator seçilən Natali Qulenin Fransa ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikirləri əksini tapmışdır.

Çağırış xarakterli məqalədə Natali Qulenin prezident Fransua Ollandı mayın 11-dən 13-dək Cənubi Qafqaza səfərində müşayiət etdiyi xatırlanmışdır.
Yazıda, senatorun Orn departamenti ilə ölkəmiz arasında əlaqələrin daha da möhkəmlənməsinə çalışdığı vurğulanmış, artıq bütün dünyada stabil dövlət kimi tanınan Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi barədə fikirlərinə istinad edilmişdir.

Azərbaycanın kənd təsərrüfatı nazirinin 2013-cü ildə Fransaya işgüzar səfəri xatırlanan məqalədə, aqrar sahənin inkişafı ilə bağlı iki ölkə arasında ümumi razılıq əldə edildiyi bildirilmiş, 2010-2011-ci illərdə ticarət dövriyyəsinin xeyli artdığı qeyd olunmuşdur.

Məqalədə 10 illik yubileyini qeyd edən Heydər Əliyev Fondu tərəfindən Azərbaycan-Fransa əməkdaşlığının inkişafında xüsusi xidməti olan Natali Qulenin mükafatlandırıldığı, ilk dəfə Fransanın L’Eql şəhəri ilə Azərbaycanın Naftalan şəhərinin qardaşlaşmasına dair 2013-il ilin may ayında rəsmi sənəd imzalandığı xatırlanmışdır.

 

DİGƏR Xəbərlər Arxiv