YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat vətəndaşlarla görüşüb

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, 77 saylı Astara seçki dairəsi üzrə Milli Məclisin deputatı Rəşad Mahmudov növbəti səyyar qəbul-görüşü YAP Astara rayon təşkilatının inzibati binasında baş tutub.

Görüşdə deputat vətəndaşların müraciətləri ilə yaxından maraqlanıb, onların qayğı və problemlərini dinləyib. Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, əlilliklə bağlı problemlər və işlə təminat kimi məsələlərlə əlaqədar müraciətlər səsləndiriblər.

Müraciətlərin biz qismi yerindəcə həllini tapıb, bir qismi isə nəzarətə götürülüb, araşdırılaraq qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılıb.