YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avrasiyada nəqliyyat-logistika sahəsində Azərbaycan, Türkiyə və Türkmənistanın rolu artıb

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Son illərdə türkdilli ölkələr arasında münasibətlərin dinamik inkişafı və keyfiyyətcə yeni mərhələyə keçməsi müşahidə edilir. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu vardır. Ölkə başçısının Mərkəzi Asiyanın türkdilli dövlətlərinə səfərləri qarşılıqlı siyasi-iqtisadi əlaqələrin inkişafı ilə  yanaşı,  tarixi bağlarımızın və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verir.

Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi ilə paralel şəkildə, həm də regionda yerləşən türk ölkələri arasında ikitərəfli və üçtərəfli formatlarda münasibətlər inkişaf etməkdədir. Bu baxımdan dekabrın 14-də Türkmənbaşıda Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının Birinci Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir.

Üç ölkənin dövlət başçılarının Birinci Zirvə Görüşü çərçivəsində çoxsaylı sənədlər, o cümlədən “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” imzalanıb. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli əməkdaşlıqda nəqliyyat-logistika sahəsinin önəmini bir daha vurğulayıb: “Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir”.

Mövcud geosiyasi reallıqlar fonunda nəqliyyat-logistika sahəsi böyük aktuallıq daşıyır. Geniş Avrasiya coğrafiyasında ölkələr və şirkətlər yüklərin daha təhlükəsiz marşrutlarla daşınmasına çalışırlar. Belə bir şəraitdə Xəzər sahillərində yerləşən Azərbaycan və Türkmənistanın, eləcə də Qara dənizdə təhlükəsiz limanlara malik olan Türkiyənin cəlbediciliyi artıb. Regionda Azərbaycanın və Türkiyənin sıx əməkdaşlığı şəraitində inşa olunan boru kəmərləri ilə Türkmənistanın zəngin enerji resurslarını Avropaya nəql etmək mümkündür. Eyni zamanda, üç ölkədən keçən təhlükəsiz marşrutlarla böyük həcmlərdə yük daşımalarını həyata keçirmək imkanı var.

Azərbaycan nəqliyyat sahəsində böyük layihələrin icrasında iştirak etmiş, öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Nəqliyyat- logistika sahəsində əsas hədəf beynəlxalq imkanlardan istifadə edərək iqtisadi cəhətdən daha səmərəli,  eyni zamanda təhlükəsiz  və etibarlı nəqliyyat yollarının təmin edilməsidir. Bu baxımdan Qarabağın 30 illik işğalına son qoyulması qarşıya qoyulmuş böyük hədəflərə çatmaq, regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.

Zirvə görüşündə Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat-kommunikasiya şəbəkəsi barədə ətraflı məlimat verib, Türkiyədən və Türkmənistandan olan şirkətləri bu potensialdan faydalanmağa dəvət etdi.