YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyini ortaya qoymalıdır

«Avropa İttifaqının indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyi olmadığına görə Riqada keçirilən  “Şərq Tərəfdaşlığı” sammitində də münaqişə ilə bağlı birmənalı mövqe ortaya qoyulmadı».  Bu fikri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, Avropa İttifaqının bu mövqeyi Azərbaycanı narahat edir. Onun sözlərinə görə, Avropa İttifaqının bu mövqeyi paradoksal bir münasibətdir.

«Çünki, ərazi bütövlüyü prinsipinin tətbiq olunması məqamı olan məsələlərdə, Dağlıq Qarabağ münaqişəsi ilə digər münaqişələr arasında fərq qoyulur. Ona görə də, bu məsələyə haqlı narazılığımızı ifadə edirik. Dövlət rəhbəliyi səviyyəsində dəfələrlə bəyan olunub  ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyini ortaya qoymalıdır. Əgər dünyada mövcud olan münaqişələri aradan qaldırmaq istəyiriksə, beynəlxalq hüququn prinsipləri bütün münaqişələrə eyni səviyyədə tətbiq olunmalıdır»- deyə, vitse-spiker vurğulayıb.