YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə “Şuşa İli” ilə bağlı tədbir keçirilib

Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik rayon Mədəniyyət sarayında “Şuşa İli” ilə bağlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Şuşa İli”nə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçıları Lerik Dövlət Rəsm Qalereyasında Şuşa şəhəri ilə bağlı rəsm sərgisi ilə də tanış olublar.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.