YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsar İsmayılov: Azərbaycan-Türkiyə-Türkmənistan əlaqələrinin inkişafı birliyimizin bariz nümunəsidir

“Prezident İlham Əliyevin Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı səsləndirdiyi fikirlər olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, Azərbaycanın uğurlu xarici siyasət kursunun əsas prinsiplərindən birini təşkil edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması uğurla həyata keçirilir. Ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə müxtəlif ölkələrlə dövlətimizin və xalqımızın maraqlarına uyğun, gələcək inkişafına, məqsədlərinə və hədəflərinə istiqamətlənmiş etibarlı əməkdaşlığın obyektiv əsaslarını yaradır və məqsədyönlü şəkildə davam etdirir”. Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib.

Onun sözlərinə görə strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr dövlətlərin və xalqların bir-birinə daha çox yaxınlaşmasına, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı birgə səmərəli fəaliyyətinə önəmli töhfələr verir. Xüsusilə Azərbaycanın qardaş dövlətlər olan Türkiyə və Türkmənistanla sıx əməkdaşlıq münasibətlərinin dərin tarixi kökləri var. Xalqlarımızın soy kökünün birliyi, dili, mədəniyyəti, tarixi yaxınlığı bu dövlətlərin müxtəlif məsələlərlə bağlı daha da yaxınlaşmasına və həmrəylik göstərməsinə əsasdır. Sevindirici haldır ki, dövlətlərimiz və xalqlarımız hazırkı geosiyasi vəziyyətdə bu həmrəyliyin yüksək əhəmiyyətinin və gələcək perspektivinin fərqindədir. Məhz bu baxımdan dövlətlərimizin və xalqlarımıızn dəmir iradəsi, qətiyyəti münasibətlərimizin daha da yaxınlaşmasına gətirib çıxarır. Hər üç dövlətin fəal iştirakı ilə keçirilən Üçtərəfli Zirvə Görüşü və onun uğurlu nəticələri qarşılıqlı dəstəyin və qarşılıqlı əlaqələrin bundan sonra da davam etdirilməsinin və daha sıx təməllər üzərində qurmaq istəyinin təzahürüdür: “Səfər çərçivəsində Azərbaycan-Türkiyə-Türkmənistan arasında imzalanmış “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş xüsusilə iqtisadi və ticari əlaqələrimizin inkişafına önəmli töhfədir. 2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətləarası proqram, həmçinin gömrük və nəqliyyat sahələrinin inkişafı istiqamətində birgə əməkdaşlıq üzrə mühüm sənədlərin imzalanması əlaqələrimizin müxtəlif sahələrdə uğurlu inkişafından xəbər verir”.

Rayon təşkilatının sədrinin sözlərinə əsasən hər üç ölkənin dövlət başçılarının siyasi iradəsi, eləcə də xalqlarımızın qətiyyəti sayəsində münasibətlərimizin bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə inanırıq. Hər üç dövlət iqtisadi, ticari sahələrdə olduğu kimi, siyasi məsələlərlə bağlı da bir-birinə dəstək verir. Bu dəstək birliyimizin və həmrəyliyimizin daha da möhkəmlənməsinə çox böyük töhfədir.